Türkiyədə ən yüksək test sayı qeydə alınıbbackend

Türkiyədə ən yüksək test sayı qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 16 nəfər ölüb.

NOCOMMENT.az xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” hesabında ölkədə virus qurbanlarının sayının 5.829-ə çatdığını bildirib.

Nazir son 24 saatda 63 842 nəfərin koronavirus testindən keçdiyini, onlardan 1.172-nin cavabının pozitiv çıxdığını qeyd edib. Qeyd edək ki, Türkiyədə bu gün daha 1.082 xəstə sağalaraq ümumi say 222.656-a çatıb.

Ölkədə ağır xəstə sayı isə 587 təşkil edir.

F.Koca “Son 24 saatda 64 minə yaxın test edilib, indiyə kimi ən yüksək test sayı 58 min olub” fikirlərini əlavə edib.