Türkiyədə fabrikdə yanğın başlayıbbackend

Türkiyədə fabrikdə yanğın başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Mersin bölgəsinin Toroslar rayonunda səs və görüntü sistemləri istehsal edən fabrikdə yanğın başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hadisə yerinə təcili tibbi yardım, polis, yanğınsöndürən briqadaları cəlb edilib.

Fabrik ərazisində eşidilən partlayış səslərindən sonra həmin istiqamətdə olan nəqliyyatın hərəkəti dayandırılıb.

Hələlik yanğının hansı səbəbdən baş verdiyi, xəsarət alanların olub-olmadığı məlum deyil.//Oxu.Az