Türkiyənin Kocaeli şəhərində yerləşən Derince limanında güclü partlayış olub.
NOCOMMENT.az xəbər verir ki, hadisə yerli saatla 14:40 radələrində baş verib, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Vətəndaşların xəbərdarlığı üzərinə bölgəyə çoxlu sayda qruplar sövq edilib.
İddiaya görə, partlayış Türkiyə Taxıl İdarəsinin ofisində baş verib.