Türkiyədə güclü partlayış – Ölən və yaralananlar varbackend

Türkiyədə güclü partlayış – Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Sakarya vilayətində pirotexnika istehsalı zavodunda partlayış baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəsində 4 işçi həyatını itirib, 97 nəfər yaralanıb, 16-ı evə buraxılıb, 1 nəfərin isə vəziyyəti ağırdır.

Qeyd olunur ki, partlayış zamanı zavodda olan 40-45 nəfərin isə axtarışları davam etdirilir.

Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib. Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2009-cu ildə eyni zavodda partlayış baş verərək 1 nəfər ölüb, 37 nəfər isə yaralanıb.