Yozgatda günorta saatlarında başlayan leysan yağış səbəbindən gölə çevrilən yollarda sürücülər çətin anlar yaşayıb, evləri və iş yerlərini su basıb.
NOCOMMENT xəbər verir ki, şəhərin mərkəzində qəfildən başlayan və təsirli olan güclü yağış həyata mənfi təsir edib. Bir çox ev və iş yeri su altında qalarkən, Atatürk yolunun Yozgat-Kayseri ilə əlaqəsi olan Çemsan bölgəsində gölməçə səbəbiylə avtomobillər yolda qalıb.
Maşınların yığılması səbəbindən yoldan keçə bilmədiyi üçün yol bir müddət nəqliyyatın hərəkətinə bağlanıb. Yozgat Bələdiyyəsi və Avtomobil Yollarının işi nəticəsində yığılan su təmizlənərək yol yenidən nəqliyyata açılıb.