Türkiyədə güclü zəlzələ oldu – Ölənlər varbackend

Türkiyədə güclü zəlzələ oldu – Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

NOCOMMENT “Unikal”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Kahramanmaraş və Gaziantep şəhərlərində baş verən yeraltı təkanların ocağı 6.98 km dərinlikdə şəhərin Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə 05:26-da baş verib.

Qeyd edək ki, şiddətli yeraltı təkanların Suriyada, Livanda və İsraildə də hiss edildiyi bildirilir. KİV-də Suriyanın şimalında da dağıntıların olması barədə məlumat yer alıb.

Zələdən sonra Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.

Bu barədə şəhərin valisi Hulusi Şahin bildirib.

Onun sözlərinə görə, bölgədə 140 dağılmış bina var.

Bundan əlavə, Osmaniyə şəhərdə 34 bina dağılıb, 5 nəfər ölüb, Şanlıurfa şəhərində 15, Diyarbakırda 6 nəfər həlak olub. Adana şəhərində 17 və 14 mərtəbəli yaşayış binası tamamilə dağılıb. Hazırda şəhərdə ümumilikdə 3 bina çöküb. Dağıntılar altında xeyli sayda insanın qaldığı güman edilir.