Türkiyədə güclü zəlzələ: Yaralılar varbackend

Türkiyədə güclü zəlzələ: Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub.

NOCOMMENT.az xəbər verir ki, yeraltı təkanlar İstanbul və Ankara daxil olmaqla, bir çox bölgələrdə hiss olunub.

Zəlzələnin episentri Düzcenin Gölyaka rayonunda yerləşib. Yerli vaxtla saat 04:08-də baş verən təbiət hadisəsinin ocağı yerin 6,81 kilometr dərinliyində qeydə alınıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca Düzce vilayətində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayının 35 nəfərə çatdığını bildirib.

Nazir xəsarət alan şəxslərin müalicəsinin davam etdiyini qeyd edib.