Türkiyədə gündəlik yoluxma sayı artmaqda davam edirbackend

Türkiyədə gündəlik yoluxma sayı artmaqda davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə son sutkada koronavirusdan 289 ölüm faktı qeydə alınıb.

NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə bu gün  63 min 82 nəfərin koronavirus testi pozitiv çıxıb, 56 min 510 nəfər isə koronavirusdan sağalıb.

İndiyənədək virusa yoluxanların sayı 4 milyon 150 min 39, sağalanların sayı 3 milyon 591 min 550, pandemiya qurbanlarının sayı isə 35 min 320 nəfərə çatıb.