Türkiyədə helikopterin xəstəxana binasına çırpılması nəticəsində dörd nəfər ölüb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-I məlumat yayıb.
Məlumata görə, helikopter Səhiyyə Nazirliyinin tabeliyində olub
Xəsarət alanlar barədə hələ məlumat yoxdur.
11:35
Türkiyədə helikopter Tədris və Araşdırma Xəstəxanasının binasına çırpılıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki , bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, hadisə Muğla şəhərində qeydə alınıb.
Helikopter binaya çırpıldıqdan sonra yerə düşüb.
Hadisə yerində axtarış-xilasetmə tədbirləri başlayıb.