Türkiyədə hər an terror aktı baş verə bilər – Kanadadan xəbərdarlıqbackend

Türkiyədə hər an terror aktı baş verə bilər – Kanadadan xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya, İngiltərə və Hollandiyanın İstanbuldakı konsulluqlarını təhlükəsizlik səbəbiylə bağladıqlarını elan etdikdən sonra Kanada da vətəndaşlarına xəbərdarlıq edib.

NOCOMMENT verir ki, Kanada Türkiyəyə gedənlərə qarşı “terror hücumu” ola biləcəyi barədə xəbərdarlıq edib.xəbər

Bir-birinin ardınca bir çox ölkədən Türkiyə ilə bağlı “hücum” təhdidləri ilə bağlı xəbərdarlıqlar gəlir. ABŞ, İngiltərə, Almaniya və Hollandiyadan sonra Kanada da Türkiyədəki vətəndaşlarını terror hücumlarına qarşı xəbərdar edib.

Kanada yaxın gələcəkdə Türkiyədə terror aktı təhlükəsi olduğunu bəyan edərək vətəndaşlarına xəbərdarlıq edib.

Kanada Xarici İşlər Nazirliyi Türkiyəni “yüksək dərəcədə ehtiyatlılığa” ehtiyacı olan ölkə kimi qeyd edib. O, vətəndaşlarına Suriya ilə həmsərhəd olan bütün şəhərlərə səyahətdən çəkinməyi tövsiyə edərkən, Türkiyəyə qarşı terror hücumu təhlükəsi barədə xəbərdarlıq edib.

Kanada Baş Konsulluğundan vətəndaşlarına göndərilən xəbərdarlıq mesajında ​​“Türkiyədə hər an terror aktı baş verə bilər. Sizə diqqətli olmağı tövsiyə edirik”.