Türkiyədə helikopter qəzasında şəhid olanların sayı ARTDI – FOTObackend

Türkiyədə helikopter qəzasında şəhid olanların sayı ARTDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı 11-ə çatıb.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

“Tatvanda qəzaya uörayan helikopterdəki qəhrəman silahdaşlarımızdan daha biri şəhid olub. Şəhid sayı 11-ə yüksəlib”, – nazirliyin açıqlamasında deyilir.

Qeyd edək ki, qəza nəticəsində Elazığdakı Türkiyə quru qüvvələrinin 8-ci korpus komandiri general Osman Erbaş şəhid  olub.

*20:14

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə Quru Qüvvələri komandanlığına məxsus “Cougar” tipli helikopterin qəzaya uğraması nəticəsində 9 hərbçi şəhid olub.

Məlumata görə qəza nəticəsində 4 nəfər isə yaralanıb.

Bingöldən Tatvana uçan helikopterin hansı səbəbdən qəzaya uğradığı araşdırılır.