Türkiyədə hoteldə öldürülən “iş adamı”nın görüntüləri – VİDEObackend

Türkiyədə hoteldə öldürülən “iş adamı”nın görüntüləri – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi ötən gün qardaş ölkədə lüks hotellərin birində Türkiyə mediasının “iş adamı” olaraq təqdim etdiyi Nihad Əliyevin ölüm xəbəri yayılıb. Həmin iş adamının SOCAR-ın prezidenti Rövnəq Abdullayevin dayısı oğlu olması üzə çıxıb və məlum olub ki, Nihad Əliyev elə dayısının yanında satış direktoru vəzifəsində çalışıb.

NOCOMMENT.az Türkiyədə Hoteldə ölü vəziyyətdə tapılmış kişi və qadın meyitlərinin görüntüləri əks olunan video əldə edib.  Videoda barəsində bəhs edilən həmin şəxsin elə ötən gün Türkiyədə hoteldə güllə yarası almış Nihad Əliyevin olması ehtimalı mümkündür.

Lakin bu versiya ehtimal olaraq qalır və təsdiqini tapmayıb.   

Qeyd edək ki, Nihad Əliyev SOCAR-dakı fəaliyyətinə görə hər kəsə yaxşı tanış olan Anar Əliyevin (Əlizadə) qardaşı, Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyev özü də Neft Emalı Zavodunda Qaz sektorunun müdiridir.

Anar Əliyevin qardaşlarından digəri – Bədəl Əliyev isə SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır.

Maraqlıdır ki, əvvəlcə Nihad Əliyevin tapança ilə başına atəş açaraq özünü öldürməsi barədə xəbərlər yayılsa da, tezliklə onun tapançanı təmizləyərkən ehtiyatsızlıq üzündən ölməsi xəbərləri peyda oldu.

Günün sonunda isə Bakupost.az-ın xəbərinə görə, azərbaycanlı iş adamının intihar etmədiyi, hoteldən çıxarkən naməlum şəxslər tərəfindən güllələndiyi bildirilib.

NOCOMMENT.az