Türkiyədə iki rus qadının öldürüldübackend

Türkiyədə iki rus qadının öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Antalyadakı Baş Konsulluğu Türkiyə polisinin Bodrum şəhərində iki rus qadının qətlə yetirildiyini təsdiqlədiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə diplomatik missiyanın Telegram kanalında verdiyi bəyanatda deyilir.

“Türkiyə Respublikasının Muğla vilayətinin Bodrum şəhərində iki rusiyalı qadının qətlə yetirilməsi ilə bağlı mətbuatda gedən xəbərlərlə əlaqədar Rusiyanın Antalyadakı Baş Konsulluğu yerli hüquq-mühafizə orqanları ilə əlaqə yaradıb. Polis Rusiya vətəndaşlarının qətlini təsdiqləyib – 1981-ci il təvəllüdlü qadın və 2008-ci il təvəllüdlü qızı ilə cinayət işi açılıb.Şübhəli şəxs öldürülən rusiyalı qadının keçmiş əridir və ilkin məlumatlara görə, azyaşlı uşağı ilə Türkiyə ərazisini tərk edib. ”