Türkiyədə İnterpol-un axtardığı terrorçu saxlanıldıbackend

Türkiyədə İnterpol-un axtardığı terrorçu saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan PKK-çı Şanlıurfada saxlanılıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi tərəfindən terror təşkilatı PKK/KCK/PYD/YPG adına Suriyadan Türkiyəyə qanunsuz insan keçirən, onları silah, partlayıcı maddə, sursatla təmin edən şübhəli izlənilib.

Hüquq-mühafizə orqanları həmin şəxsin İnterpol tərəfindən axtarıldığını, Şanlıurfa 2-ci Sülh Məhkəməsi və İstanbul 27-ci Ağır Cəza Məhkəməsi tərəfindən “silahlı bir terror təşkilatına üzv olmaq”da ittiham olunduğunu təsbit edib.

Ceylanpınar ərazisində həyata keçirilən əməliyyat zamanı M.Ş.K. saxlanılıb.