Türkiyədə İŞİD-ə qarşı əməliyyat – 3 polis həlak oldu, 8-i yaralandıbackend

Türkiyədə İŞİD-ə qarşı əməliyyat – 3 polis həlak oldu, 8-ı yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı 3 polis əməkdaşı həlak olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Onun sözlərinə görə, 8 polis əməkdaşı və 1 mühafizəçi yaralanıb, 6 terrorçu isə zərərsizləşdirilib.

***09:09

Türkiyənin Yalova şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat zamanı 7 polis əməkdaşı yaralanıb.

Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib.

Onların sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilib.