Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlandıbackend

Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizdə olan rəsmi məlumatlara görə, indiyədək Türkiyədə 3 Azərbaycan vətəndaşı koronavirusa yoluxub”.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim ARB24 telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən ikisi artıq evə buraxılıb: “Çünki onların vəziyyətləri tam qənaətbəxşdir. Bir nəfər isə hələ ki xəstəxanadadır. Amma onun da vəziyyəti normaldır”.

Report