Türkiyədə koronavirusdan ölən azərbaycanlıların sayı açıqlandı – RƏSMİbackend

Türkiyədə koronavirusdan ölən azərbaycanlıların sayı açıqlandı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təəssüflər olsun ki, Türkiyədə koronavirusa yoluxanların arasında azərbaycanlılar da var”.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.

“Bir çoxu yoluxma barədə bizə məlumat verməsə də, biz mümkün olduqca konsulluq vasitəsilə bu məsələni araşdırırıq. Koronavirusa yoluxanların arasında Azərbaycan vətəndaşları da var. Bizdə olan məlumata görə, Türkiyədə 20-dən çox Azərbaycan vətəndaşı koronavirusa yoluxub, 6 nəfər pandemiyanın qurbanı olub”, – deyə səfir vurğulayıb.