Türkiyədə koronavirusdan sağalanların sayı artmaqda davam edirbackend

Türkiyədə koronavirusdan sağalanların sayı artmaqda davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə son 24 saat ərzində daha 22 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” hesabında koronavirusdan ölənlərin ümumi sayının 5 282 nəfərə çatığını bildirib.

Nazir bildirib ki,.ölkədə 1 041 yeni yoluxma halı qeydə alınıb. Beləliklə yoluxanların ümumi sayı 208 938 nəfərə çatıb.

F.Koca ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 2 219 nəfər olmaqla 187 511 nəfərə çatdığını da qeyd edib.