Türkiyədə koronavirusla bağlı vəziyyət yaxşıya doğru gedirbackend

Türkiyədə koronavirusla bağlı vəziyyət yaxşıya doğru gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyədə koronavirusdan 18 nəfər ölüb.

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” səhifəsində qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 300-ə çatıb.

Nazirin sözlərinə görə son sutka ərzində koronavirusa daha 1 024 nəfər yoluxub. Beləliklə Türkiyədə COVID-19-a yoluxanların ümumi sayı 209 962 nəfərə yüksəlib. Bu gün daha 2879 nəfər sağalaraq ümumi sağalma sayı 190390-a çatıb.

F.Koca reanimasiya xəstələrinin artş sayının azaldığını, sağalanların yoluxanlardan iki qat çox olduğunu, maska və məsafə qaydalarına əməl edilməsi ilə yoluxmanın azalmağa davam etdiyini qeyd edib.