Türkiyədə kütləvi məzarlıq tapılıb – FOTObackend

Türkiyədə kütləvi məzarlıq tapılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,Ankara Yıldırım Beyazıt Universiteti tərəfindən Çubuk rayonunda Ankara döyüşünə aid kütləvi məzarlıq aşkarlanıb və ərazidə artıq arxeoloji tədqiqatlara başlanılıb.

Ankara Yıldırım Beyazıt Universitetinin (AYBÜ) Humanitar və Sosial Elmlər Fakültəsi Tarix Bölümü Müəllim Dos. Dr. Sıddık Çalık Çubuk düzündə 1402-ci ildə Osmanlı ilə Monqollar arasında baş verən və 30-40 min insanın həyatını itirdiyi müharibənin izlərini əks etdirən kütləvi məzarlıq tapdıqlarını bildirdi. Ankara döyüşünün Çubuk düzündə baş verdiyini göstərən çoxlu mənbənin olduğunu xatırladan Çalık, tapdıqları kütləvi məzarlarla müharibənin bu ərazidə getdiyi bildirib.