Türkiyədə məktəbliləri daşıyan avtobus aşıb: Ölənlər və yaralananlar varbackend

Türkiyədə məktəbliləri daşıyan avtobus aşıb: Ölənlər və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Afyonkarahisar əyalətinin İscehisar rayonunda məktəbliləri daşıyan xidməti avtobusun aşması nəticəsində 4-ü şagird olmaqla 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Hadisə yerinə polis, təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub. Məlumata görə, rayonun Çatağıl kəndində baş verən hadisə nəticəsində sürücü və iki məktəbli yaralanıb.

Qəza yerinə Afyonkarahisar valisi Gökmən Çiçək, bələdiyyə sədri Mehmet Zeybək və əyalətin polis rəisi Əli Təmiz gedib.