Türkiyədə meşə yanğınıbackend

Türkiyədə meşə yanğını

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Antalya şəhərinin Alanya rayonunda meşə yanğını baş verib.

NOCOMMENT.az xəbər verir ki, meşəlik ərazidə baş verən və küləyin təsiri ilə Gümüşkavak mahalına sıçrayan yanğının söndürülməsi üçün səylər gecə boyu davam edib.

Günün ilk işığında qurudan davam edən işlərə təyyarələr də qoşulub.

Meşə Bölgə Müdirliyi və xilasetmə qrupları tərəfindən sulayıcılar, iş maşınları, yanğınsöndürənlər, su tankerləri, yük maşınları və dozerlər, təyyarələrin dəstəyi ilə həyata keçirilən işlər nəticəsində yanğın qismən nəzarətə götürülüb.