Adıyamanda Karadağda meşəlik ərazidə yanğın baş verib. Küləyin də təsiri ilə qısa müddətdə yayılan yanğına müdaxilə davam edir.
NOCOMMENT xəbər verir ki, Karadağda meşəlik ərazidə hələ naməlum səbəbdən yanğın baş verib.
Xəbərdarlıq üzərinə yanğınsöndürmə, Meşə Region Müdirliyi əməkdaşları və təhlükəsizlik qüvvələri bölgəyə sövq edilib.
Küləyin təsirli olduğu yerlərdə yanğını idarə etmək üçün işlər davam edir.