Türkiyədə meşə yanğınını söndürmək üçün göldən su götürən təyyarə batıb – VİDEObackend

Türkiyədə meşə yanğınını söndürmək üçün göldən su götürən təyyarə batıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Aydın vilayətinin Didim rayonunda meşə yanğınına müdaxilə edən təyyarənin burnu Bafa gölündən su götürərkən suya batıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Muğla valisi Akbıyık “TRT Haber”ə açıqlamasında bildirib ki, təyyarədə olan 3 nəfər xilasetmə qrupları tərəfindən xilas edilib.

“Texniki nasazlıq səbəbindən amfibiya yanğınsöndürmə təyyarəsi Bafa gölünə düşdü. İki pilot və daha bir mütəxəssis xilas edilərək sahilə çıxarılıb”, – o bildirib.