Türkiyədə məşhur musiqiçi öldürüldübackend

Türkiyədə məşhur musiqiçi öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə müsiqiçisi Onur Şənər Ankarada əyləncə mərkəzlərinin birində döyülərək öldürülüb.

NOCOMMENT kult-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, 3 nəfər evə getmək üçün iş yerindən çıxan Onur Şənərə butulka ilə hücum edib. Hadisəni görən vətəndaşlar dərhal polisə xəbər veriblər. Boğazındakı şüşə parçaları ilə ağır yaralanan və xəstəxanaya göndərilən Şənər bütün müdaxilələrə baxmayaraq, dünyasını dəyişib.

İddiaya görə, buna səbəb sözügedən 3 nəfərin Şənərə mahnı sifariş etməsi, Şənərin isə bilmədiyini deyərək, bundan imtina etməsi olub.

Qeyd edək ki, “O səs Türkiyə”də “Show Must Go On” mahnısı ilə yadda qalan Onur Şənər Hadisə ilə də duet oxuyub. Gənc musiqiçi ailəli idi və bir qızı var idi.