Türkiyədə müalicə alan qazilərimizlə bağlı – Açıqlamabackend

Türkiyədə müalicə alan qazilərimizlə bağlı – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda 67 qazinin Türkiyədə müalicəsi davam etdirilir.

NOCOMMENT xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov bu gün keçirilən mətbuat konfrasında deyib.

E.Hüseynovun sözlərinə görə, YAŞAT Fondu tərəfindən indiyə qədər Türkiyəyə müalicə üçün 76 qazi göndərilib: “Qazilərdən 9-u müalicə olunaraq Vətənə geri dönüb, hazırda 67 qazimizin müalicəsi davam etdirilir”.

O qeyd edib ki, ağır yaralanmış hərbçilərin müalicə üçün ölkə xaricinə aparılması istiqamətində fondun fəaliyyəti davam etdirilir.