Türkiyədə mütəşəkkil cinayətkarlıqla MÜBARİZƏ – 12 nəfər saxlanıldıbackend

Türkiyədə mütəşəkkil cinayətkarlıqla MÜBARİZƏ – 12 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə polisin keçirdiyi əməliyyatda mütəşəkkil cinayətkar qrupun üzvü olduğu bildirilən 12 şübhəli yaxalanıb.

NOCOMMENT.az xəbər verir ki, ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında bu barədə yazıb.

Qeyd olunub ki, Tuncelidə eyni vaxtda keçirilən “Mahzen-20” əməliyyatlarında aralarında qruplaşma lideri Serdar Alpın da olduğu 12 şübhəli şəxs saxlanılıb.

Nazir, ölkəni mütəşəkkil cinayət təşkilatlardan təmizləməkdə qərarlı olduqlarını diqqətə çatdırıb.