Türkiyədə nə qədər azərbaycanlı tələbə təhsil alır? – AÇIQLANDIbackend

Türkiyədə nə qədər azərbaycanlı tələbə təhsil alır? – AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Azərbaycandan Türkiyəyə gedən tələbələrin ümumi sayı 28500-ü ötüb.

NOCOMMENT xəbər verir ki, bu barədə trend-ə Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyindən məlumat verilib.

Qeyd edilib ki, tələbələr İstanbul, Ankara, İzmir, Bursa və Əskişəhər başda olmaqla Türkiyənin 50-yə yaxın vilayətinin universitetlərində təhsillərini davam etdirirlər.

“Onlar tibb, mühəndislik, biznes-iqtisadiyyat, iqtisadiyyat, ingilis dili, türk dili ədəbiyyatı kimi bir çox sahədə təhsil alır, bəziləri isə magistratura və doktorantura təhsillərini davam etdirirlər”, – deyə məlumatda bildirilib.