Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu – FOTObackend

Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Bursa şəhərinin Osmanqazi rayonunda Tovuz döyüşlərində şəhid olmuş general Polad Həşimovun adı verilən parkın açılışı olub.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, parkın açılışında Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar, Azərbaycanın Ankaradakı səfirinin məsləhətçisi Ruslan Abdullayev və digər rəsmi şəxslər iştirak edib.

Açılış mərasimində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Quran oxunub və şəhidə rəhmət diləyiblər.