Türkiyədə “Fərat Qalxanı” Əməliyyat Bölgəsində zirehli maşının aşması nəticəsində ağır yaralanan polis məmuru müalicə aldığı xəstəxanada şəhid olub.
NOCOMMENT.az xəbər verir ki. Mühafizə Baş İdarəsindən verilən açıqlamaya görə, polis iyulun 2-də zabit Yusuf Çağatay Sanalp əməliyyat bölgəsində yaralanıb.
Xəstəxanada müalicə alan Yusuf Çağatay bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib.
Polis rəisi Erol Ayyıldızın verdiyi açıqlamada “Şəhidimizə Allahdan rəhmət, ailəsinə və millətimizə başsağlığı, səbr diləyirəm”, – deyib.