Türkiyədə qadağalar başlayırbackend

Türkiyədə qadağalar başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə bazar günü keçiriləcək seçkilərlə əlaqədar seçki qadağaları sabahdan qüvvəyə minəcək.

NOCOMMENT xəbər verir ki, səhər saat 6-dan gecə 24-ə kimi spirtli içkilərin satışı qadağan olunacaq. Bu gün saat 18:00-da başlayacaq təbliğat qadağası 24 saat davam edəcək.

Türkiyədə sabah prezident seçkiləri və 28-ci dönəm parlament seçkiləri üçün sandıq başına gedir.

Səsvermə ölkə üzrə saat 08:00-da başlayacaq və saat 17:00-da başa çatacaq. Seçki günü qadağaları səhər saatlarından etibarən tətbiq olunacaq.