Türkiyədə qırmızı kateqoriyalı terrorçu zərərsizləşdirilib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” səhifəsində yazıb.
“29 nəfərin şəhid olduğu 16 aksiyada şəxsən iştirak edən, qırmızı kateqoriyada axtarılan PKK-nın “Bervar” kod adlı terrorçusu Seyran Çomak Ağrıda zərərsizləşdirilib”, – paylaşımda bildirilib.