Türkiyədə qurban kəsimi zamanı 14 000-dən çox insan xəsarət alıbbackend

Türkiyədə qurban kəsimi zamanı 14 000-dən çox insan xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Qurban bayramının ilk günündə 14 mindən çox insan qurbanlıqların kəsilməsi zamanı xəsarət alıb.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu məlumat verib.

“Qurban bayramının ilk günündə 81 vilayətdə ümumilikdə 14 372 nəfər, o cümlədən paytaxt Ankarada 1 049, İstanbulda 753, Konyada 655, Qaziantepdə 634 və Manisada 572 nəfər qurban kəsimi zamanı aldıqları xəsarətlərlə əlaqədar tibb müəssisələrimizə müraciət edib”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.

Memişoğlu vətəndaşlara ciddi xəbərdarlıq edərək, qurban kəsimi mərasimlərinin mütləq peşəkarlar tərəfindən həyata keçirilməsinin vacibliyini vurğulayıb.