Türkiyədə Ankaranın Mamak rayonunda qızının sahibsiz itlərin hücumuna məruz qaldığını görən ata qızını xilas etmək üçün qaçarkən qucağında kiçik uşağı ilə yerə yıxılıb. Yıxılma nəticəsində ata və 1 yaşlı övladı ağır yaralanıb.
Hadisə Ankarada, 24 noyabr 2023-cü il, cümə axşamı, saat 21:00 radələrində, Ankaranın Mamak məhəlləsi, Bahçelerüstü səmtindəki 38-ci küçədə baş verib.
Əldə edilən məlumata görə, ata Mustafa Tekin həyat yoldaşı və 3 uşağı ilə qohumlarının ziyarətindən qayıdırmış. Evlərinin yerləşdiyi küçəyə daxil olanda 4 sahibsiz it 2-ci sinifdə oxuyan Elifə hücum edib. İtlərin Elifə hücum etdiyini görən ata Mustafa Təkin 1 yaşlı Yusuf və qızını itlərdən xilas etmək üçün qaçmağa başlayıb.
Qızını itlərin əlindən xilas etmək üçün qaçan ata Tekin müvazinətini itirərək Yusif qucağında yıxılıb. Yıxılarkən ağır yaralanan balaca Yusif və qolu çıxmış ata öz imkanları ilə xəstəxanaya gediblər.