Türkiyədə sel nəticəsində 5 nəfər itkin düşdübackend

Türkiyədə sel nəticəsində 5 nəfər itkin düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə sel fəlakəti nəticəsində 5 nəfər itkin düşüb.

NOCOMMENT.az xəbər verir ki, Kırklareli bölgəsində yağan güclü yağışlar çayların daşmasına səbəb olub.

Kırklareli Demirköy bələdiyyə başqanı Rəcəb Gün sel nəticəsində 5 nəfərin itkin düşdüyünü açıqlayıb. İtkin düşənlərdən biri uşaqdır. Təbii fəlakət təsərrüfata, yollara, tikililərə də ciddi ziyan vurub.

İtkin düşənlərin axtarışı aparılır.