Amasyanın Merzifon rayonunda sərnişin avtobusu qəzası baş verib. Sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb.
NOCOMMENT xəbər verir ki, Amasiya Qubernatorluğundan verilən açıqlamada 6 nəfərin öldüyü, 33 nəfərin yaralandığı açıqlanıb.
Yaralıların müalicəsi ətraf xəstəxanalarda davam etdirilir. Qəzadan sonra açıqlama verən Amasya valisi bölgədə istintaqın davam etdiyini, Merzifon Respublika Baş Prokurorluğunun isə qəza ilə bağlı istintaq başladıldığını açıqlayıb. Qəzada həyatını itirən 6 nəfərin şəxsiyyəti məlum olub.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.