Türkiyədə son 24 saatda 1153 yoluxma faktı qeydə alınıbbackend

Türkiyədə son 24 saatda 1153 yoluxma faktı qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə son gündə koronavirusdan 14 nəfər həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fahrettin Kocanın “Twitter” səhifəsində verdiyi məlumata görə bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 798 nəfərə çatıb.

Nazirin sözlərinə görə son sutkada qonşu ölkədə COVID-19-a 1.153 yoluxma qeydə alınıb. Hazırda Türkiyədə koronavirusa yoluxma hallarının sayı 237 265-dir.

Qeyd edək ki, bu gün 1.040 pasiyent sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə koronavirusdan sağalan pasiyentlərin sayı 220 546 nəfərə çatıb.

F.Koca “Yeni yoluxma, ağır xəstə,ölüm sayları və pnevmoniya faizi dünənə nisbətən azdır, ancaq bu məlumatların heç biri sabahın və ya gələn həftənin nəticələrinin zəmanətini vermir” fikirlərini əlavə edib.