Türkiyədə son 24 saatda vəziyəti ağır xəstələrin sayı artıbbackend

Türkiyədə son 24 saatda vəziyəti ağır xəstələrin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə son gündə koronavirusdan 15 nəfər həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fahrettin Kocanın “Twitter” səhifəsində verdiyi məlumata görə bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 674 nəfərə çatıb.

Nazirin sözlərinə görə son sutkada qonşu ölkədə COVID-19-a 967 yoluxma qeydə alınıb. Hazırda Türkiyədə koronavirusa yoluxma hallarının sayı 229 891-dir.

Qeyd edək ki, bu gün 982 pasiyent sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə koronavirusdan sağalan pasiyentlərin sayı 213 539 nəfərə çatıb.

F.Koca son günlərdə yeni yoluxmaların və vəziyyəti ağır xəstələrin sayının artdığını da əlavə edib. Qeyd edək ki, ağır vəziyyətdə olanların sayı 561dir. Dünən isə bu rəqəm 542 idi.