Türkiyədə son sutkada 1492 nəfər sağaldıbackend

Türkiyədə son sutkada koronavirusdan 1492 nəfər sağaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yeni növ koronavirus infeksiyasından (COVID-19) bu gün daha 19 nəfər həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, ölkənin Səhiyyə naziri Fahrettin Koca özünün “Twitter” səhifəsində ümumi ölüm sayının 5065-a çatdığını bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 51 198 nəfər koronavirus testindən keçib, onlardan 1396 nəfərin cavabı pozitiv çıxıb. Beləliklə ölkədə yoluxma sayı 194 511 olub. F.Kocanın sözlərinə görə bu gün daha 1492 xəstə sağalaraq ümumi say 167 198-ə çatıb.