Türkiyədə son sutkada 2 mindən çox insan sağalıbbackend

Türkiyədə son sutkada 2 mindən çox insan sağalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.

NOCOMMENT.az xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca özünün “Twitter” hesabında virusdan həyatını itirənlərin sayının 5260-a çatdığını bildirib.

F.Kocan son 24 saatda 50 545 nəfərin koronavirus testindən keçdiyini, onlardan 1053-nün cavabının pozitiv çıxdığını qeyd edib. O həmçinin bu gün daha 2297 xəstənin sağaldığını da bildirib.

Qeyd edək ki, Türkiyədə indiyədək 207 897 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, 185 292 nəfər müalicə olunaraq evə buraxılıb.