Türkiyədə son sutkada koronavirusdan sağalanların sayı artdıbackend

Türkiyədə son sutkada koronavirusdan sağalanların sayı artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyədə daha 20 nəfər koronavirusdan ölüb.

NOCOMMENT.az xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” hesabında ölkədə pandemiya qurbanlarının ümumi sayının 5 206 nəfərə çatdığını qeyd edib.

Nazirin sözlərinə görə son 24 saatda 1 154 nəfər koronavirus infeksiyasına yoluxub. Bununla da qonşu ölkədə koronavirus xəstələrinin ümumi sayı 204 610 nəfərə çatıb.

F.Koca ötən gün virusa yoluxmuş 1 214 pasiyentin sağalaraq evə buraxıldığını, ümumilikdə Türkiyədə 179 492 pasiyentin sağaldığını qeyd edib.

Qeyd edək ki, Türkiyədə indiyədək aparılan koronavirus testlərinin sayı 3.584.066-dır.