Türkiyədə şübhəli qismində 88 şəxs saxlanılıbbackend

Türkiyədə şübhəli qismində 88 şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“GÜRZ-15” əməliyyatı çərçivəsində son 5 gün ərzində Türkiyənin 23 vilayətində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 88 nəfər saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkələrdə məlumat verib.

O vurğulayıb ki, əməliyyat ölkənin Ankara, İstanbul və Kayseri kimi böyük vilayətlərini əhatə edib.

Nazir polis əməkdaşlarının hərəkətlərini əlaqələndirən prokurorluq orqanlarına təşəkkür edib.

Yerlikaya ölkədə terror təhdidini tamamilə aradan qaldırmaqla bağlı Türkiyə hakimiyyətinin mövqeyinin dəyişməz olduğuna əminliyini ifadə edib.

Daxili İşlər Nazirliyinin rəhbəri bir gün əvvəl məlumat verib ki, bu il yanvarın 1-dən avqustun 31-dək ölkə ərazisində 825 terrorçu zərərsizləşdirilib, 70 terror aktının qarşısı alınıb.