Bursansanın Orhanqazi rayonunda taxta qapı fabrikində yanğın baş verib. Ətrafdan izlənilə bilən və zaman zaman yanıb-sönən yanğın qrupların müdaxiləsi ilə nəzarət altına alınıb.
NOCOMMENT xəbər verir ki, ikimərtəbəli fabrikdə naməlum səbəbdən yanğın baş verib.
Alov sürətlə binanı bürüyüb.
Vəziyyət barədə məlumat verildikdən sonra hadisə yerinə yanğınsöndürənlər göndərilib.
Bursa Böyükşəhər Bələdiyyəsi ilə yanaşı Meşə Region Müdirliyi qruplarının da qatıldığı müdaxilə zamanı fabrikdəki elektrik transformatorunda fasilələrlə partlayışlar baş verib.
Ətrafdakı elektrik enerjisi kəsilərək tədbir görüldü.