Türkiyənin Aksaray vilayətində Mütəşəkkil Sənaye Bölgəsindəki təkrar emal fabrikində yanğın baş verib.
NOCOMMENT.az xəbər verir ki, təkrar emal fabrikində, təkrar emal materiallarının yerləşdiyi anbarda yanğını görən fabrik işçiləri vəziyyəti səlahiyyətlilərə çatdırıblar.
Xəbərdarlıq üzərinə əraziyə cəlb olunan yanğınsöndürənlər yanğına müdaxilə edib.