Türkiyədə təlim təyyarəsi qəzaya uğradı – Pilotlar həlak oldubackend

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı – Pilotlar həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb.

NOCOMMENT.az bakupost.az-a istinadla xəbər verir ki, Kayseri 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan təyyarə Kocasinan rayonunun Həsən Arpa rayonunda naməlum səbəbdən qəzaya uğrayıb.

Qəzadan sonra bölgəyə axtarış-xilasetmə və yanğınsöndürmə briqadaları sövq edilib. Milli Müdafiə Nazirliyindən bildirilib:

“Qəzaya uğrayan təlim təyyarəsində iki pilotumuz şəhid olub”.