Türkiyədə terrorçulara qarşı əməliyyat – Polisə hücum edildibackend

Türkiyədə terrorçulara qarşı əməliyyat – Polisə hücum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin 6 vilayətində terrorçulara qarşı əməliyyat keçirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazir qeyd edib ki, Van, Hakkari, Siirt, Batman, Şırnak və İzmir vilayətlərində qanunsuz aksiyalar keçirən, separatçı terror təşkilatını dəstəkləyən şüarlar səsləndirən ümumilikdə 89 şübhəli saxlanılıb.

Onlar xəbərdarlıq edilməsinə baxmayaraq ötən gün icazəsiz nümayiş keçirib, terrorçulara dəstək olublar. Eyni zamanda təhlükəsizlik qüvvələrinə daşla hücum ediblər.