Türkiyədə terrorçularla əməkdaşlıqda şübhəli bilinən 239 nəfər saxlanılıbbackend

Türkiyədə terrorçularla əməkdaşlıqda şübhəli bilinən 239 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin 22 əyalətində keçirilən “Bozdoğan-39” adlı antiterror əməliyyatı nəticəsində 239 şübhəli saxlanılıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də bildirib.

Məlumata görə, Türkiyənin Təhlükəsizlik Baş İdarəsi Terrora qarşı Mücadilə Şöbəsi və Kəşfiyyat İdarəsinin, habelə digər aidiyyəti qurumların Adana, Adıyaman, Ankara, Antalya, Bitlis, Denizli, Diyarbakır, Elazığ, Hakkari, Hatay, İstanbul, İzmir, Kütahya, Manisa, Mardin, Mersin, Osmaniye, Sivas, Şanlıurfa, Şırnak, Tekirdağ və Vanda keçirdikləri antiterror əməliyyatı nəticəsində 239 şübhəli saxlanılıb.

Onlar separatçı terror təşkilatlarına daxil olanların qanunsuz olaraq Türkiyəyə keçməsinə vasitəçilik etməkdə, terror təşkilatlarının gənclər strukturunda fəaliyyət göstərməkdə və başqa bu kimi cinayətlərdə ittiham olunurlar.