Türkiyədə üçmərtəbəli binanın çökdüyü ərazidə xilasetmə işləri başa çatıb – YENİLƏNİB-3 – FOTObackend

Türkiyədə üçmərtəbəli binanın çökdüyü ərazidə xilasetmə işləri başa çatıb – YENİLƏNİB-3 – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə üçmərtəbəli binanın çökdüyü ərazidə xilasetmə işləri başa çatıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə İstanbul vilayətinin valiliyi məlumat yayıb.

“Dağıntılar altında qalan sonuncu şəxs xilas edilib. Hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb”, – açıqlamada deyilir.

Xilasedicilər orada insanların olma ehtimalını tamamilə aradan qaldırmaq üçün bir müddət araşdırmanı davam etdirəcəklər.

Zərərçəkənlər arasında iki nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə saat 08:40 radələrində İstanbulun Avropa hissəsindəki Küçükçekmece rayonunda baş verib.

12:05

Türkiyənin İstanbul şəhərində çökən üçmərtəbəli binanın dağıntıları altından bir nəfərin meyiti çıxarılıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Habertürk” telekanalının efirində şəhər yanğınsöndürmə xidmətinin rəhbəri Remzi Albayrak bildirib.

Axtarışlar davam etdirilir.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:40-da Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunun Kartaltəpə məhəlləsində üçmərtəbəli bina çöküb.

11:35

Türkiyənin İstanbul şəhərində üçmərtəbəli binanın çökməsi nəticəsində yaralananların sayı 7 nəfərə çatıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu şəhər valisi Davud Gül bildirib.

“Yaralılardan ikisinin vəziyyəti ağır, beşinin vəziyyəti isə normaldır”, – D.Gül deyib.

Onun sözlərinə görə, daha iki nəfər dağıntılar altındadır.

Vali qeyd edib ki, binanın birinci mərtəbəsində mağaza, yuxarı mərtəbələrində isə mənzillər olub.

11:04

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunun Kartaltəpə məhəlləsində üçmərtəbəli bina çöküb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyinin mətbuat xidməti məlumat yayıb.

Telekanalın məlumatına görə, indiyədək dağıntılar altından iki yaralı xilas edilib.

Hadisə yerində yanğınsöndürmə briqadaları və təcili yardım qrupları işləyir.

Dağıntılar altında qalanların olduğu bildirilir.

Axtarış-xilasetmə işləri davam edir.