Türkiyədə UEFA standartlarına cavab verən yeni stadionun açılışı olacaqbackend

Türkiyədə UEFA standartlarına cavab verən yeni stadionun açılışı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Erzincan şəhərində yeni stadion istifadəyə veriləcək.

“NOCOMMENT” Report-a istinadən xəbər verir ki, arenanın açılış mərasimi yaxın günlərdə baş tutacaq.

TFF 2-ci liqada mübarizə aparan “24 Erzincanspor” mövsümün ikinci yarısında ev oyunlarını burada keçirəcək. UEFA standartlarına cavab verən stadion 12 min 981 azarkeş tutumuna malikdir.

Atatürk məhəlləsində köhnə arenanın yerində tikilən idman obyektində ticarət mərkəzi, restoran və müxtəlif idman növləri üçün zallar fəaliyyət göstərəcək.