KoronaVirus İnformasiya Portalı
Türkiyədə ümumi test sayı 6.5 milyonu keçdibackend

Türkiyədə ümumi test sayı 6.5 milyonu keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə son 24 saat ərzində daha 24 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz “Twitter” səhifəsində bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6.163 nəfərə çatıb.

Nazirin sözlərinə görə, ölkədə 1502 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 261.194 nəfərə çatıb.

Nazir qeyd edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son 24 saatda 887 nəfər olmaqla 238.795 nəfər təşkil edir.

F.Koca ümumi test sayının 6.5 milyonu keçdiyini vurğulayıb.